cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Superliqa klubunda dəyişiklik

09.05.2021 14:44 Oxundu 460

"Ərzurumspor" baş məşqçisi Yılmaz Vuralla yollarını ayırıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.
Komanda Yılmaz Vuralın baş məşqçiliyi altında cəmi 9 matça çıxıb. Bunlardan 3-ü qələbə, 1-i heç-heçə, 5-i isə məğlubiyyətlə nəticələnib.
Qeyd edək ki, "Ərzurumspor" hazırda Superliqanın turnir cədvəlində 37 xalla 19-cudur.