cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Arsenal" Çempiolar Liqası şanslarını itirdi

09.05.2021 15:28 Oxundu 475


"Arsenal" növbəti mövsüm Çempionlar Liqasında çıxış etmək şanslarını itirib.

"CEMPİON.AZ" xəbər verir ki, bu, ötən gün "Çelsi"nin "Mançester Siti"yə qalib gəlməsindən (2:1) sonra dəqiqləşib. "Zadəganlar" bu görüşdə qələbə qazanmaqla 4-cü yerdən 5-ci pilləyə yüksəliblər. Sona 4 tur qalmış "Arsenal"ı ÇL-ə düşməsi üçün qərarlaşması lazım olan 4-cü yerdən və "Lester Siti"dən 14 xal ayırır. Beləliklə, "topçular" qalan bütün matçlarda qalib gəlsələr belə, turnirə vəsiqəni təmin edə bilməyəcəklər. Bununla da klub ardıcıl 5 mövsüm Çempionlar Liqasından kənarda qalacaq.
Qeyd edək ki, "Arsenal" hazırda sıralamada 49 xalla 10-cudur.