cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Noyerdən rekord

09.05.2021 16:41 Oxundu 474


"Bavariya"nın qapıçısı Manuel Noyer Bundesliqa rekordunu təkrarlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, o, buna 32-ci turda "Borussiya" (Münhenqladbax) ilə matçda qol buraxmamaqla nail olub. 35 yaşlı qolkiper çempionatda ümumilikdə qapısını toxunulmaz saxladığı görüşlərin sayını 204-ə çatdırıb. Beləliklə, Noyer Oliver Kanın rekordunu təkrarlayıb. Oyunçu bunu çıxdığı 467-ci qarşılaşmada gerçəkləşdirib. Kan isə karyerası ərzində 557 matç keçirib.
Qeyd edək ki, sözügedən oyun Münhen təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.