cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov: "Qələbə qazanmaq istəyirdik, amma alınmadı"

09.05.2021 20:55 Oxundu 390

“Oyun gərgin keçdi. Qələbə qazanmaq istəyirdik. 3 xalın bizim üçün çox vacib olduğunu bilirdik. Amma alınmadı".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 26-cı turunda evdə “Qəbələ” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, qolsuz başa çatan matçı belə şərh edib: “Bəzi qol epizodlarımız oldu, ancaq rəqibin də şansları var idi. Şükürlər olsun ki, bundan istifadə edə bilmədilər. Komandamız həddinən artıq yorğundur. Bunu artıq 10-cu dəqiqədən hiss etmək olurdu. Sıx qrafiklə oynamaq çətindir. Buna geniş heyət lazımdır. Bəzi dəyişikliklər effekt versə də, qol vura bilmədik. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı iki turda yaxşı nəticə qazanaq”.