şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Ramin Quliyev: "Əzmkarlıq və istək aşağı səviyyədə idi"

09.05.2021 23:32 Oxundu 442


"Rəqibi təbrik edirəm. "Qarabağ" bütün komponentlərdə üstün idi və layiqli qələbə qazandı".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 26-cı turuna bu gün "Qarabağ"a uduzduqları oyundan (0:4) sonra mətbuat konfransında deyib.
 Kapitan Ruslan Abışovun heyətdə yer almamasının səbəbini açıqlayan baş məşqçis rəqibə müqavimət gösərə bilmədiklərini etiraf edib: "Ruslan Abışov dünən məşqdən sonra özünü yaxşı hiss etmirdi. Ona görə onu heyətdən çıxardıq. Əlimizdə olan maksimum heyətdən istifadə etdik. İlk hissədən sonra uşaqlara dedim ki, döyüşsüz məğlub olduq. Ola bilər ki, hardasa səhvlər etdik, boşluqlar verdik. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu gün əzmkarlıq və istək aşağı səviyyədə idi. Məğlub olanda da, məğlubiyyəti həzm etmək lazımdır. Bu gün mən bunu qəbul edirəm".
 Gənc mütəxəssis klubdakı gələcəyi ilə bağlı qərarı rəhbərliyin verəcəyini bildirib: "Mən bu haqda heç nə deyə bilmərəm. Mən də istəyərəm qalım. Ancaq bu, rəhbərliyin qərarıdır".
 Ramin Quliyev müdafiəçi Təmkin Xəlilzadənin  "Neftçi" ilə razılaşmas haqda xəbərələrə də şərh verib: "Mən də bunu mətbuatdan oxumuşam. O, hazırda bizim futbolçumuzdur və mövsümün sonuna qədər vaxt var. Danışıb-danışmaması söhbətləri xoşagəlməzdir. Bu haqda dəqiq məlumatım yoxdur. Mətbuatda yazılanların dəqiq olub-olmamasından xəbərsizəm".