cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Milan" 10 ildən sonra bunu bacardı

10.05.2021 11:48 Oxundu 532


İtaliyanın “Milan” klubunun “Yuventus”la səfər matçlarındakı həsrəti başa çatıb.

"CEMPİON.AZ" xəbər verir ki “rossonyeri” A seriyasının XXXV turunda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Milanın eyniadlı təmsilçisi çempionat oyunlarında 10 il idi Turində “ağ-qaralar”a qalib gələ bilmirdi. Sonuncu belə uğur 2011-ci ilin martına təsadüf etmişdi. 10 il əvvəl qonaqlar 1:0 hesabı ilə qələbə qazanıb.