cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Almaniya millisi ilə 3 illik müqavilə imzalayacaq

10.05.2021 15:16 Oxundu 503


Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

"CEMPİON.AZ" Almaniya mətbuatına istinadən xəbər verir ki, “Bavariya”nın çalışdırıcısı Hans Diter Flik yığmanın “sükanı arxası”na keçəcək.
Mövsümün sonunda Münhen təmsilçisindən ayrılacaq mütəxəssis Almaniya Futbol İttifaqı ilə anlaşıb. Tərəflər 3 illik müqavilə imzalayacaq.
AVRO-2020 başa çatandan sonra işinin icrasına başlayacaq Flik AVRO-2024-ün sonunadək milliyə rəhbərlik edəcək.
Qeyd edək ki, mütəxəssis 2019-cu ildə “Bavariya”nın baş məşqçisi təyin olunub.