cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"ın hücumçusu zədələndi

10.05.2021 15:49 Oxundu 559


“Qalatasaray” ciddi itki ilə üzləşib.

"CEMPİON.AZ" xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mustafa Məhəmməd sıradan çıxıb.
 Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Superliqanın 40-cı turunda “Beşiktaş”la keçirilən matçda (3:1) zədələnən misirli futbolçunun ən azı 2 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Onun sol ayaq biləyinin toxumaları əzilib.