cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Draksler yeni müqvilə imzalayacaq

10.05.2021 17:19 Oxundu 511


PSJ futbolçusu Yulian Drakslerlə yeni müqavilə imzalamağa hazırlaşır.

"CEMPİON.AZ" "L'Equipe"yə istinadən xəbər verir ki, artıq tərəflər razılığa gəliblər. Paytaxt təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalayacaq. Həmçinin almaniyalı oyunçu maaş endiriminə də razı olub. Paris klubunun yeni müqavilə bağlanmasına dair yaxın vaxtlarda rəsmi açıqlama yayacağı gözlənilir.
2 gün əvvəl PSJ Neymarla da 2025-ci ilədək sözləşmə imzalayıb.
Qeyd edək ki, Draksler bu mövsüm Liqa 1-də 23 maçtda 4 qol vurub və 3 qolun ötürməsini verib.