cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Pirlo və Ronaldo "Yuventus"da qalırlar"

11.05.2021 10:19 Oxundu 521


"Yuventus"un vitse-prezidenti Pavel Nedved baş məşqçi Andrea Pirlo və hücumçu Kriştiano Ronaldonun klubdan ayrılacağı barədə yayılan xəbərləri şərh edib.

"CEMPİON.AZ" "Sport Mediaset"ə istinadən xəbər verir ki, o, hər iki şəxsin Turin təmsilçisində qalacağını deyib: "Bəzi çətinliklər yaşayırıq. Bu, normaldır. Sonuna qədər mübarizə aparacağıq. Qısa deyəcəyəm, Pirlo və Ronaldo "Yuventus"da qalırlar".
Qeyd edək ki, "Yuventus" çempionatın bitməsinə üç tur qalmış A Seriyasında 5-ci yeri tutur.