cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"İnter" futbolçulardan xahiş etdi

11.05.2021 10:46 Oxundu 507

İtaliya çempionu "İnter" futbolçuların iki aylıq maaşını vermək istəmir.

"CEMPİON.AZ" "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, klub rəhbəri Stiven Can futbolçularla görüşüb və pandemiyanın yaratdığı maliyyə böhranına görə onlardan iki aylıq maaşlarından imtina etmələrini xahiş edib.
Futbolçuların hər birinin ayrı-ayrılıqda bununla bağlı qərar verəcəyi və bir neçə gündən sonra klub rəhbəri ilə yenidən görüş təşkil ediləcəyi bildirilib.
Xatırladaq ki, "İnter" bu mövsüm tarixində 19-cu çempionluğunu qazanıb. Futbolçular isə kluba jest edərək onlara veriləcək çempionluq mükafatından imtina ediblər.