cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

Müdafiəçi "Neftçi"nin təklifi ilə razılaşmdı

11.05.2021 14:44 Oxundu 524


“Neftçi” Anton Krivotsyuka yeni müqavilə təklif edib.

"CEMPİON.AZ" xəbər verir ki, paytaxt təmsilçisi mövcud sözləşməsi gələn ay başa çatacaq milliləşdirilmiş müdafiəçi ilə 2+1 illik kontrakt bağlamaq niyyətindədir.
Lakin klub rəhbərliyinin irəli sürdüyü son şərtlər yığmanın üzvünü razı salmayıb. Bir neçə ildir “ağ-qara” formanı geyinən ukraynalının tələbləri daha yüksəkdir.
Onun üzərində dayandığı illik məbləğ 150 min dollardır. “Neftçi” rəhbərliyi isə bu vəsaiti ödəməyə tələsmir. Hər halda Antona qiymət məsələsində yekun qərar verməsi üçün zaman verilib.
Məqsəd Krivotsyukun güzəştə gedib-getməyəcəyini dəqiqləşdirməkdir. Çünki onlarda belə bir məlumat var ki, 22 yaşlı müdafiəçi ilə Premyer Liqanın başqa təmsilçiləri ilə maraqlanır