cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Yuventus" ÇL-dən kənarda qalsa, əsas futbolçularını itirə bilər

11.05.2021 16:46 Oxundu 515


“Yuventus”un Çempionlar Liqasına (ÇL) vəsiqə qazanmaması komandanı pərən-pərən sala bilər.

"CEMPİON.AZ" xəbər verir ki, daha bir futbolçu bu halda Turin təmsilçisindən ayrılmaq qərarına gəlib.
Hücumçu Kriştianu Ronaldodan sonra müdafiəçi Mattiys de Liqt də A seriyasında ilk “dördlüy”ə düşməsələr, komandasını dəyişməyi nəzərdən keçirəcək. Niderland millisinin üzvünün meneceri Mino Rayola hər ehtimala qarşı müştərisinə Çempionlar Liqasında oynayan bir klub tapmaq üçün indidən hərəkətə gəlib. Gənc müdafiəçi “Barselona” və “Çelsi”nin diqqət mərkəzindədir.
Qeyd edək ki, “Yuventus” A seriyasında sona 3 tur qalmış turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.