cümə, 29 mart 2024

BİZİM FUTBOL

Azərbaycanlı futbolçu "Spartak"dan ayrıldı

11.05.2021 16:16 Oxundu 449


Rusiyanın "Spartak" klubu futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Quliyev "Spartak"ın yetirməsidir. O, bu mövsüm Rusiya Premyer Liqasında heç bir rəsmi matçda iştirak etməyib. 24 yaşlı oyunçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədər idi.