11.05.2021 17:17
541

“Real”ın daha bir futbolçusu Ferlan Mendi üçün mövsüm başa çatıb.
"CEMPİON.AZ" xəbər verir ki, buna səbəb fransalı futbolçunun zədəli olmasıdır.
“Kral klubu” rəsmi saytı vasitəsilə sol cinah müdafiəçisinin bir müddət komandadan uzaq düşəcəyini bəyan edib. 26 yaşı oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı açıqlanmasa da, İspaniya mətbuatı onun mövsümün son turlarında komandasına kömək edə bilməyəcəyini yazıb.
Qeyd edək ki, “Real”ın digər zədəli müdafiəçisi olan kapitan Serxio Ramosun da mövsümü tamamladığı bildirilir.