cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

İbrahimoviç növbəti iki matçı buraxacaq

11.05.2021 18:39 Oxundu 528


"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb. 39 yaşlı hücumçu komandasının növbəti 2 matçını buraxacaq. O, "Kalyari" və "Torino" ilə görüşlərdə iştirak edə bilməyəcək. İsveçli futbolçunun mövsümün son turunda "Atalanta" ilə oyunadək hazır olacağı gözlənilir.
Qeyd edək ki, İbrahimoviç 35-ci turda "Yuventus"la qarşılaşmada (3:0) sıradan çıxıb.