cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

 "Qalatasaray" liderlə xalını bərabərləşdirdi

12.05.2021 10:30 Oxundu 563


Türkiyə Superliqasında 41-ci turun oyunları keçirilib.

"CEMPİON.AZ" xəbər verir ki, turun bütün matçları eyni gündə baş tutub.
“Beşiktaş” öz meydanında “Fatih Karagümrük”ü qəbul edib və gözlənilmədən məğlub olub - 1:2. "Fənərbaxça" da doğma meydanda "Sivasspor"la bacarmayıb - 1:2.
 Ötən tur derbidə “Beşiktaş”a qalib gələn “Qalatasaray” isə bu dəfə “Dənizlispor”un qonağı olub və rəqibini 4:1 hesab ilə məğlub edib. Bununla da "Cim-Bom" turnir cədvəlində “Fənərbaxça”nı geridə qoyaraq lider "Beşiktaş"la xallarını bərabərləşdirib. 
Qeyd edək ki, hazırda "Beşiktaş" 81 xalla 1-ci, "Qalatasaray" eyni xalla 2-ci, "Fənərbaxça" 79 xalla 3-cüdür.

"Beşiktaş" – "Fatih Karagümrük" - 1:2
Qollar
: Gezzal, 54 – Bertolaççi, 39. Borini, 80

"Dənizlispor" – "Qalatasaray" - 1:4
Qollar
: Niyaz, 62 – Dervişoğlu, 22. Babel, 35-pen, Muhamed, 87-pen, 89

"Fənərbaxça" – "Sivasspor" - 1:2
Qollar
: Sisse, 90+2 – Kayode, 45+1, Arslan, 48