cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Portuqaliya çempionu oldular

12.05.2021 11:20 Oxundu 553


Portuqaliya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, bu, "Sportinq"dir. Komanda 32-ci turda "Boavişta"ya 1:0 hesabı ilə qalib gələrək xalını 82-yə yüksəldib və yarışın bitməsinə 2 tur qalmış ən yaxın izləyicisi "Portu" (74 xal) üçün əlçatmaz olub.
Beləliklə, "Sportinq" tarixində 19-cu dəfə ölkə çempionu adına yiyələnib. Lissabon təmsilçisi sonuncu dəfə 2001/2002 mövsümündə qalib olmuşdu.