cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Tomas Tuhellə müqavil yenilənəcək

12.05.2021 13:23 Oxundu 515

"Çelsi" baş məşqçisi Tomas Tuhellə müqaviləni yeniləməyi planlaşdırır.

"CEMPİON.AZ" "Daily Mail"ə istinadən xəbər verir ki, klub almaniyalı mütəxəssisin işindən razıdır. Tuhel özü də London təmsilçisində daha uzun müddət çalışmaq istəyir.
Bu ilin yanvar ayında "Çelsi"yə baş məşqçi təyin edilən Tuhellə 1.5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Tuhelin komandası Çempionlar Liqasının finalına yüksəlib. "Zadəganlar" mayın 29-da həlledici görüşdə "Mançester Siti" ilə qarşılaşacaq.