cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Anası Ronaldonu bu komandada görmək istəyir

13.05.2021 14:40 Oxundu 429


"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru oğlunun Portuqaliya "Sportinq"inə qayıtmasını istəyir.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə o, TVI24-ə açıqlamasında deyib: "Onunla danışacağam və gələn il "Sportinq"ə qayıtmasına inandırmaq üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Ronaldo peşəkar karyerasına "Sportinq"də başlayıb. O, əsas komandada bir mövsüm keçirib və 31 matçda 5 qol vurub. 36 yaşlı hücumçunun hazırkı klubu "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.