cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

ÇL finalının yeri haqqıda yekun qərar verildi

13.05.2021 15:44 Oxundu 396


UEFA bu mövsüm Çempionlar Liqasının finalının keçiriləcəyi məkanla bağlı yekun qərarı verib.

"CEMPİON.AZ" qurumun saytına istinadən xəbər verir ki, həlledici matç İstanbulda yox, Portuqaliyanın Portu şəhərində keçiriləcək. Draqao stadionundakı görüşə 6 min azarkeş buraxılacaq.
Mayın 29-u keçiriləcək finalda İngiltərənin "Çelsi" və "Mançester Siti" klubları üz-üzə gələcək.
Xatırladaq ki, İngiltərə hökuməti  Çempionlar Liqasının finalı öncəsi Türkiyəni sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısına daxil etdikdən sonra UEFA ilə İngiltərə hökuməti arasında danışıqlar başlamışdı.
Qeyd edək ki, İngiltərə  Portuqaliyaya səyahət edəcək vətəndaşlara isə heç bir məhdudiyyət qoyulmayıb.