cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"İnter"in futbolçuları koronavirus protokolunu pozub

13.05.2021 16:24 Oxundu 378


“İnter”in bəzi futbolçuları koronavirusla bağlı protokolu pozub.

"CEMPİON.AZ" xəbər verir ki, konkret olaraq 4 oyunçu qaydalara əməl etmədiyi üçün cəzalandırılacaq.
Bunlar Romelu Lukaku, Əşrəf Hakimi, İvan Perişiç və Eşlin Yanqdır. Adıçəkilən futbolçular Lukakunun doğum gününü qeyd etmək üçün dünən gecə Milandakı restoranların
birində şənlik veriblər. Polis şikayət zəngindən sonra təxminən saat 3-də restorana yollanıb, restoran meneceri də daxil olmaqla 24 nəfəri cərimələyib. Futbolçulara isə xüsusi cəzanın verilməsi gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl “Yuventus” futbolçuları bənzər hadisə ilə üzləşiblər.