cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldo: "Mübarizəmizi davam etdirəcəyik"

13.05.2021 17:19 Oxundu 404


Hücumçu Kriştiano Ronaldo "Yuventus"da 100-cü qolundan sonra fikirlərini bölüşüb.

"CEMPİON.AZ" xəbər verir ki, o, "İnstaqram" səhifəsində yazıb ki, bir komandada 100 qola nail olmaq həmişə xüsusi hissdir: "Bununla fəxr edirəm, "Yuventus"a kömək etdiyim üçün və 100-cü qolunu vuran Dibalaya görə də xoşbəxtəm. Təbrik edirəm, Paulo!
Ancaq A Seriyasında qalan xallar üçün fokuslanmalı və mübarizə aparmalıyıq. Hələ çox şey var və qalan hədəflərimizə çatmaq üçün mübarizəmizi davam etdirəcəyik".
Qeyd edək ki, Ronaldo 3 mövsümdə "Yuventus"da 100 qol səddinə çatan ilk futbolçu olub. Bundan əvvəl klubun oyunçular bu qədər qolu ən azı 4 mövsümdə vurmuşdular.