cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Avstriya çempionu oldular

13.05.2021 19:46 Oxundu 498


"Zalsburq" Avstriya çempionatında bu mövsümün qalibi olub.

"CEMPİON.AZ" xəbər verir ki, komanda 30-cu turda "Rapid"ə 2:0 hesabı ilə qalib gələrək çempionluğu rəsmiləşdirib. 45 xalı olan "Zalsburq" ən yaxın izləyicisi "Rapid" (33 xal) üçün əlçatmaz olub.
Beləliklə, komanda ardıcıl 8-ci, ümumilikdə 15-ci dəfə ölkə çempionu adına yiyələnib.
Bundan əvvəl "Zalsburq" son 9 ildə 8-ci dəfə Avstriya kubokunu qazanmışdı.