cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"İnter"in futbolçusu əməliyyat olundu

13.05.2021 22:41 Oxundu 500


“İnter”in müdafiəçisi Aleksandar Kolarov əməliyyat olunub.

"CEMPİON.AZ" xəbər verir ki, Serbiya millisinin sabiq futbolçusu belindən əməliyyat edilib.
36 yaşlı oyunçunu əməliyyat edən professor Mauritsio Fornari prosesin uğurlu keçdiyini və Kolarovun tezliklə reabilitasiya prosesinə başlayacağını açıqlayıb. Bu da Kolarov üçün mövsümün başa çatması deməkdir.
Qeyd edək ki, A seriyasında mövsümün sonuna iki tur qalsa da, “İnter” çempionluğunu rəsmiləşdirib.