bazar ertəsi, 23 mart 2026

DÜNYA FUTBOLU

La Liqada azarkeşlər stadiona buraxılacaq

13.05.2021 23:27 Oxundu 521

İspaniya La Liqasında azarkeş qadağası ləğv olunub.

"CEMPİON.AZ" xəbər verir ki, hökumət koronavirus pandemiyasının nisbətən az yayıldığı şəhərlərdə oyunlara məhdud sayda tamaşaçıların buraxılmasını qərara alıb.
La Liqanın XXXVII turu çərçivəsində mayın 16-da keçiriləcək “Valensiya” – “Eybar”, “Vilyarreal” – “Sevilya”, həmçinin mayın 23-dəki son turda “Elçe” – “Atletik”, “Levante” – “Kadiz” və “Selta” – “Betis” görüşlərində azarkeşlər tribunalarda komandalarını dəstəkləyə biləcəklər.
Həmin şəhərlərdə eyni zamanda basketbol matçları zamanı da zallara azarkeş buraxılacaq.