cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Nəhəng klublar bu futbolçu üçün mübarizə aparırlar

14.05.2021 10:17 Oxundu 482


“Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqa uğrunda mübarizə qızışır.

"CEMPİON.AZ" xəbər verir ki, “Real”dan sonra daha bir nəhəng klub 18 yaşlı orta sahə oyunçusu üçün rəsmi danışığa başlayıb.
“Real”, eyni zamanda Kamavinqanı izləyən “Bavariya”, “Barselona” kimi klublar 60 milyon avrodan az məbləğə bu keçidi reallaşdırmağın əleyhinə deyil. Ancaq PSJ danışığa daha iddialı başlayıb. Parislilər rəqiblərindən yüksək məbləğ təklif etməklə gənc futbolçunu heyətinə qatmağa çalışır.
Qeyd edək ki, Eduardo Kamavinqanın “Renn”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.