14.05.2021 08:40
574
574

Almaniya kubokunda bu mövsümün qalibi müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, final oyununda Dortmund "Borussiya"sı ilə "Leyptsiq" qarşılaşıb. Beş qolun vurulduğu matçda Dortmund təmsilçisi böyük hesablı qələbə qazanaraq, kuboku muzeyinə aparıb.
qeyd edək ki, "Borussiya" tarixində 5-ci dəfə ölkə kubokuna sahib olub.
"Leyptsiq" - "Borussiya" - 1:4
Qollar: Sanço, 5 (0:1), Haaland, 28 (0:2), Sanço, 45+1 (0:3), Olmo, 71 (1:3), Haaland, 87 (1:4)