cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Real" qələbə qazandı

14.05.2021 12:21 Oxundu 498


"Real" qələbə qazanaraq, ikinci pilləyə yüksəldi.

"CEMPİON.AZ" Madrid təmsilçisi 36-cı turda "Qranada"nın qonağı olub. Matç "kral klubu"nun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə xalını 78-ə çatdıran Zinəddin Zidanın baş məşqçisi olduğu komanda turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Siyahıya 80 xalla "Atletiko" başçılıq edir. "Barselona" 76 xalla 3-cüdür.

"Qranada" - "Real" - 1:4
Qollar
: Modriç, 17 (0:1), Rodriqo, 45+1 (0:2), Molina, 71 (1:2), Odriozola, 75 (1:3), Benzema, 76 (1:4)