cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

A seriyasında debüt edən ən gənc futbolçu

14.05.2021 12:49 Oxundu 566

İtaliyanın "Bolonya" klubunun gənc futbolçusu Uizdom Ami A seriyasının tarixinə düşüb.

"CEMPİON.AZ" xəbər verir ki, çempionatın 36-cı turunda "Cenoa" ilə görüşdə (0:2) meydan çıxan 15 yaşlı müdafiəçi A seriyasında debüt edən ən gənc futbolçu olub. Ami bunu 15 yaş 9 aylığında bacarıb.
Bundan əvvəlki rekord isə Amedeo Amedey və Petro Pelleqriyə məxsus idi. Bu futbolçular 15 yaş 280 günlük olarkən ilk oyunlarına çıxmışdı.