cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

"Neftçi" və "Sumqayıt" meydana itkilərlə çıxacaq

14.05.2021 14:10 Oxundu 485

Azərbaycan Premyer Liqasının 27-ci turunda bu gün üz-üzə gələcək "Neftçi" və "Sumqayıt"ın heyətində itkilər var.

"CEMPİON.AZ" xəbər verir ki, "Sumqayıt"da cəzalı durumda olan müdafiəçi Cəmaləddin Xocaniyazov və zədəli hücumçu Əli Qurbani bugünkü matçı buraxacaq.
"Neftçi" isə Mert Çelikin xidmətindən yararlana bilməyəcək. U-21 millimizin türkiyəli futbolçusu cəzalı durumdadır.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı saat 19:00-da başlayacaq.