cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

Nurlan Novruzov Nepal klubundan ayrıldı

14.05.2021 15:38 Oxundu 619


Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubundan ayrılıb.

"CEMPİON.AZ" xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə feysbukda məlumat paylaşıb.
O, hər şey üçün kluba təşəkkür etdiyini yazıb. Novruzov çempionluğu hədəflədiklərini, lakin buna nail olmadıqlarını bildirib.
Qeyd edək ki, Nurlan Novruzov "Lalitpur Siti"yə aprelin 16-da keçib. O, Nepal Super Liqasında 7 oyuna çıxıb və 2 qol vurub.