cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Kloppa etiraz etdi

14.05.2021 16:26 Oxundu 568

"Liverpul"un futbolçusu Sadio Mane baş məşqçisi Yurgen Kloppa etiraz edib.

"CEMPİON.AZ" xəbər verir ki, seneqallı hücumçu Premyer Liqanın son turunda "Mançester Yunayted"lə görüşdən sonra Kloppun əlini sıxmayıb.
"Liverpul"un 4:2 hesabı ilə qalib gədliyi matç başa çatdıqda almaniyalı mütəxəssis bir-bir futbolçuları ilə görüşərək onları təbrik edib. O, Maneyə də əl uzadaraq təbrik etmək istəsə də, futbolçu başını bulayaraq Kloppun yanından keçib.
Qeyd edək ki, Klopp Maneni oyunun 74-cü dəqiqəsində meydana buraxıb, o isə heç nə ilə yadda qalmayıb.