cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Barselona" bu futbolçuları göndərəcək

15.05.2021 13:28 Oxundu 485


"Barselona" yayda heyətində köklü dəyişikliklər etməyi planlaşdırır.

"CEMPİON.AZ" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi 14-ə qədər futbolçunun klubdan ayrılma ehtimalını nəzərdən keçirir. Bu mövsümün sonunda "Barselona"nı tərk edə biləcək oyunçular arasında Neto, Samuel Umtiti, Cunior Firpo, Miralem Pyaniç, Mateus Fernandes, Martin Braytvayt, Filippe Koutinyo və başqaları var.
Klub ​​bu cür addımla maaşlara əhəmiyyətli dərəcədə qənaət etməyi və oyunçuları yaxşı qiymətə satmağı düşünür. Kataloniya təmsilçisi yeni qurulacaq heyətlə gələn mövsüm kuboklar üçün mübarizə apara biləcəyinə inanır.
Qeyd edək  ki, "Barselona" İspaniya çempionatında hazırda 3-cü pillədə yer alıb. Komanda lider "Atletiko"dan 4 xal geri qalır.