cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Raul Zidanı əvəz edə bilər

15.05.2021 19:48 Oxundu 571


İspaniya millisinin sabiq üzvü Raul Qonzales "Real"ın baş məşqçisi ola bilər.

"CEMPİON.AZ" "Marca"ya istinadən xəbrə verir ki, o, hazırkı çalışdırıcı Zinəddin Zidanın əvəzinə əsas namizəddir. Bildirilib ki, Madrid təmsilçisinin rəhbərliyi baş məşqçi vəzifəsinə digər namizədləri də müzakirə edir, lakin favorit Rauldur. Daha əvvəl Raulun Frankfurt "Ayntraxt"ını çalışdra biləcəyi xəbərləri yayılıb.
Qeyd edək ki, R.Qonzales 2019-cu ildən "Real"ın ikinci komandası olan "Kastilya"nı çalışdırır.
Xatırladaq ki, Zidanın bu mövsümün sonu Madrid təmsilçisindən ayrılacağı xəbərləri yayılıb.