cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Varan yayda "Real"dan ayrıla bilər

15.05.2021 20:27 Oxundu 469

“Real”ın müdafiəçisi Rafael Varan yay fasiləsində Madrid klubundan ayrılmağa yaxındır.

"CEMPİON.AZ" xəbər verir ki, rəhbərlik fransalı futbolçunun cari mövsümdəki çıxışından narazıdır.
28 yaşlı mərkəz müdafiəçisinin karyerasını İngiltərədə davam etdirməsi gözlənilir. Çünki Premyer Liqanın iki təmsilçisi “Liverpul” və “Mançester Yunayted” onun xidmətində maraqlıdır. Hər iki klub futbolçunun nümayəndələri ilə artıq təmas da qurub.
Qeyd edək ki, “Real”la müqavilə müddəti gələn ilin yayına qədər olan Rafael Varan cari mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 2 qol vurub.