cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

AVRO-2020-ni buraxacaq

15.05.2021 21:40 Oxundu 531

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün mövsüm başa çatıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
A seriyasının XXXV turunda “Yuventus”la görüşdə zədələnən 40 yaşlı forvardın son tura yetişməsi gözlənilirdi. Lakin Zlatanın “Kalyari” ilə sabahkı görüşlə yanaşı, mayın 23-də “Atalanta”ya qarşı matçı da buraxacağı dəqiqləşib.
Bu azmış kimi, İsveç millisinin üzvü dizindəki zədə səbəbindən hətta AVRO-2020-yə də yetişməyəcək. Bu barədə artıq yığmanın məşqçilər korpusu məlumatlandırılıb.