16.05.2021 16:37
522

İngiltərənin “Arsenal” klubunun futbolçusu Villian London təmsilçisini tərk edəcək.
"CEMPİON.AZ" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bir neçə təklif alıb.
O, Avropanın aparıcı klubları və MLS-də çıxış edən “İnter Mayami”yə keçid variantları arasında seçim edir. Futbolçu ilə vidalaşmağa razı olan “Arsenal” da danışıqlar aparmağa hazırdır.
Qeyd edək ki, ötən yay “Çelsi”dən “Arsenal”a keçən Villianın müqaviləsi 2023-cü ildə başa çatacaq.