16.05.2021 20:28
508


Yeni mövsümdə Fransa Liqa 1-də mübarizə aparacaq daha bir klubun adına aydınlıq gəlib.
"CEMPİON.AZ" xəbər verir ki, bu, “Klermon” olub. Liqa 2-də yarışan komanda 2-ci yeri tutmaqla elitaya vəsiqə qazanıb. Klerman-Ferran şəhərinin təmsilçisi klub tarixində ilk dəfə Liqa 1-ə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl “Trua” klubu Liqa 1-ə vəsiqə qazanmışdı.