cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

La Liqanı tərk edən ilk klub

17.05.2021 10:47 Oxundu 507


Bu mövsüm La Liqanı tərk edəcək ilk klub məlum oldu.

"CEMPİON.AZ" xəbər verir ki, 37-ci turda "Valensiya"ya məğlub olan, "Eybar" aşağı liqaya yuvarlanıb. Komanda hazırda 30 xalla sonuncu pillədədir. Elitada qalmaq şansını itirib.
"Elçe" və "Real Valyadolid" isə hələ də La Liqada qalmaq üçün mübarizə aparır.
Qeyd edək ki, turnir cədvəlinə 83 xalla "Atletiko" liderlik edir. "Real" 81 xalla 2-ci, "Barselona" isə 76 xalla 3-cüdür.