cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Lill" və PSJ çempionluq uğrunda mübarizə aparır

17.05.2021 11:19 Oxundu 491


Fransa Liqa 1-də sona bir tur qalmış çempionluq mübarizəsi davam edir.

"CEMPİON.AZ" xəbər verir ki, lider “Lill” doğma meydanında “Sent-Etyen”lə bacarmayıb. Matç qolsuz bərabərliklə yekunlaşıb. 
İkinci pillədə qərarlaşan PSJ "Reyms"i qəbul edib. Parislilər rəqib qapısından dörd cavabsız qol keçiriblər.  Bununla da, Paris təmsilçisi (79 xal) "Lill"lə (80 xal) xal fərqini minimuma endirib. "Monako" isə 77 xalla 3-cü pillədə qərarlaşıb. Çempionluğun taleyinə son turda aydınlıq gələcək.
 
"Lill" – "Sent-Etyen" - 0:0
 
PSJ – "Reyms" - 4:0
Qollar:
 Neymar, 13-pen, Mbappe, 24. Markinyos, 68, Kin, 90