cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Son çempion ilk transferini reallaşdırdı

17.05.2021 11:41 Oxundu 503


Son çempio “Beşiktaş” heyətini gücləndirməyə başlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, İstanbul klubu “Alanyaspor”un yarımmüdafiəçisi Salih Uçanı transfer edib.
Alanya təmsilçisi ilə müqavilə müddəti başa çatan futbolçu "Beşiktaş"a azad agent kimi keçib.  Yeni komandası ilə 3 illik müqavilə razılaşdıran 27 yaşlı orta sahə oyunçusunun illik məvacibi 740 min avro təşkil edəcək.
Qeyd edək ki, “Bucaspor”un yetirməsi olan Salih Uçan karyerası ərzində “Fənərbaxça”, “Roma” və “Empoli” kimi klubların formasını geyinib.