cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

AFFA bu klubları cəzalandırdı

17.05.2021 15:40 Oxundu 520

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 "CEMPİON.AZ" xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
 Premyer Liqanın 26-cı turunun “Keşlə” – “Sumqayıt” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub;
 “Keşlə” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub;
 Premyer Liqanın 27-ci turunun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.