bazar ertəsi, 23 mart 2026

DÜNYA FUTBOLU

"Milan"ın sabiq futbolçusu baş məşqçi ola bilər

17.05.2021 17:22 Oxundu 535


İtaliyanın “Parma” klubunun baş məşqçisi postuna əsas namizəd bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, bu vəzifəyə “Milan”ın sabiq futbolçusu Massimo Oddo gətirilə bilər.
Klub nümayəndələri 44 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında təyinatla bağlı müzakirələr aparılıb. Lakin digər namizədləri də nəzərdən keçirən klub rəhbərliyi yekun qərarını verməyə tələsmir.
Qeyd edək ki, Oddo əvvəllər “Peskara”, “Krotone”, “Peruca” və “Udineze”də çalışıb.