cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Yuventus"un futbolçusu Brazilyada oynayacaq

18.05.2021 11:23 Oxundu 511


“Yuventus”un yarımmüdafiəçisi Braziliyaya qayıdır.

"CEMPİON.AZ" xəbər verir ki, “sambaçı” yenidən ilk klubu “Qremio”nun formasını geyinəcək.
“Qoca sinyora” 31 yaşlı hücumameyilli oyunçunun sevimli komandasına dönüşünə icazə verib. Razılığa əsasən, Kosta “Qremio” ilə 2023-cü ilin dekabrına qədər müqavilə imzalayacaq. Sənədlər tamamlandıqdan sonra Braziliya klubu bu keçidi elan edəcək.
Qeyd edək ki, bu mövsümü icarə əsasında “Bavariya”da keçirən Duqlas Kosta Almaniya Bundesliqasında keçirdiyi 11 oyunda 1 qol, 1 assistlə yadda qalıb.