cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Burak Yılmaz: "Gələn həftə çempion olacağıq"

18.05.2021 12:44 Oxundu 601


"Lill"in futbolçusu Burak Yılmaz "Sent Etyen"lə matçda (0:0) vacib xallar itirmələrindən sonra komanda yoldaşlarına dəstək olub.

"CEMPİON.AZ" goal.com-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu paltardəyişmə otağına yollanan oyunçuları motivasiya etmək üçün deyib: "Narahat olmayın, biz gələn həftə çempion olacağıq. Görəcəksiniz!".
"Lill" çempionatın bitməsinə 1 tur qalmış  turnir cədvəlində 80 xalla liderdir. Komanda ən yaxın izləyicisi PSJ-ni cəmi 1 xal qabaqlayır.
Qeyd edək ki, Burak bu mövsüm Liqa 1-də 27 matçda 15 qol vurub və 5 qolun ötürməsini verib.