18.05.2021 13:25
555

Sabah Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
"CEMPİON.AZ" PFL-in saytına istinadən xəbər verir ki, son turun “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşündən sonra olacaq mərasimdə gümüş və bürünc mükafatçılara medallar, çempion komandaya isə medallar və kubok təqdim olunacaq.