18.05.2021 15:25
519

İngiltərənin “Sauthempton” klubunun futbolçusu Teo Uolkottun gələcək karyerasına aydınlıq gəlib.
"CEMPİON.AZ" xəbər verir ki, hücumçu Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayıb.
O, qarşıdakı iki ildə “müqəddəslər”in formasını geyinəcək. Uolkott ötən mövsümdə də “Sauthempton”un şərəfini qoruyub.
Lakin Teo icarə əsasında bu klubda çıxış edib. “Everton”a məxsus hücumçu özünü yaxşı tərəfdən göstərdiyindən onunla müqavilə imzalanıb.