bazar ertəsi, 23 mart 2026

DÜNYA FUTBOLU

APOEL-in futbolçusu ölkəmizdə oynaya bilər

18.05.2021 16:26 Oxundu 625


APOEL-in futbolçusu Qayas Zahid Azərbaycanda oynaya bilər.

"CEMPİON.AZ" Kipr mətbuatına istinadən xəbər verir ki, klubu ilə müqaviləsi yaxın günlərdə başa çatacaq 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan və Türkiyədən təklif alıb. Bildirilib ki, ölkəmizdən adı açıqlanmayan klubdan göndərilən təklif olduqca yaxşıdır. Ancaq Zahid gələcəyi ilə bağlı son qərarı verməzdən əvvəl bir az daha gözləmək istəyir.
Qeyd edək ki, norveçli futbolçu 2017-ci ildən APOEL-də oynayır.