cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Almaniya çempionu üç futbolçu ilə yollarını ayırdı

18.05.2021 18:40 Oxundu 553


Almaniya çempionu “Bavariya” klubu üç futbolçusu vidalaşıb.

"CEMPİON.AZ" xəbər verir ki, Münhen təmsilçisi David Alaba, Cerom Boatenq və Xavi Martineslə yollarını ayırdığını açıqlayıb. 
Hər üç futbolçunun müqaviləsi başa çatıb. Onlarla anlaşma uzadılmayıb.
28 yaşlı Alaba “Bavariya” ilə 2 dəfə Çempionlar Liqası, 10 dəfə Bundesliqanın, 6 dəfə ölkə kubokunun qalibi olub. 32 yaşlı Boatenqlə Martines ondan bir çempionluq və bir kubok geri qalır.